Güclü yağış şəhəri vurdu, ölənlər var
03 noyabr 2023 03:56 (UTC +04:00)

Güclü yağış şəhəri vurdu, ölənlər var

İtaliyada əlverişsiz hava şəraiti nəticəsində iki nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə regional səviyyədə fövqəladə vəziyyət elan edən Toskana vilayətinin qubernatoru Eugenio Giani bildirib.

"Vəziyyət çox ağırdır. Təəssüf ki, iki qurbanımız var", - o, sosial şəbəkələrdə yazıb.

O bildirib ki, sakinlərə yardım üçün rezin qayıqlardan istifadə olunur.

Toskanada, eləcə də Venetoda əlverişsiz hava şəraiti ilə əlaqədar “qırmızı” xəbərdarlıq səviyyəsi elan edilib.

Bir sıra rayonlarda çaylar məcrasından çıxıb. Onlarla şəhərin hakimiyyət orqanları məktəblərin bağlandığını elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3622

Oxşar yazılar