Hindistanın şimal-şərqindəki Lonak buzlaq gölünün daşması nəticəsində ən azı 14 nəfər ölüb, 102 nəfər itkin düşüb.
Lent.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Çərşənbə günü baş verən təbii fəlakət nəticəsində 22 mindən çox insan zərər çəkib. Daşqın əsas magistralları və körpüləri yuyub aparandan sonra 3 mindən çox turist də çətin vəziyyətdə qalıb”, - nəşr yazır.
Nəşr yazır ki, Lonak gölü uzun sürən yağışlar səbəbindən daşıb. Qısa müddətdə əraziyə beş aylıq norma həcmində yağıntı düşüb. Həmçinin Tista dağ vadisində yağışlar səbəbindən bənd qismən dağılıb.