Meksikanın Verakruz əyalətinin Alvarado şəhərində gizli məzarlıqdan çoxlu sayda insan meyiti tapılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, prokurorluq və polisin müşayiəti ilə çıxarılan meyitlərin ümumilikdə 65 nəfərə aid olduğu bildirilir.
Bu insanların 2011-2012-ci illər arasında baş verən silahlı qarşıdurmalar nəticəsində öldürüldüyü güman edilir. Meyitlərin üzərində şəxsi əşyalar, bank kartlari və şəxsiyyət vəsiqələri tapılıb.
Daxili İşlər Nazirliyinin Milli Axtarış Komissiyasının məlumatına görə, Sinaloa, Verakruz, Qerrero, Kolima və Sonora ştatları ölkədə ən gizli məzarların aşkar edildiyi yerlər siyahısındadır.
Meksikadakı axtarış komissiyasının hesabatlarına əsasən ölkədə itkin düşən daha 94500 nəfər var.