“Oğlunun dövlət başçısı kimi hərəkətlərinin 90%-ni bəyənirəm, lakin onun sektasının davamçısı deyiləm”.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makronun atası Jan-Mişel deyib.
Makronun atası əlavə edib ki, o, ümumiyyətlə, oğlunun prezident kimi fəaliyyətini bəyənir:
“Onun dövləti idarə etmə tərzinə heyranam. Düşünürəm ki, çox cəsarətli olmaq lazımdır, fransızlar çox nankordurlar - bu yeni bir şey deyil”.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Fransa Daxili İşlər Nazirliyinin yekun məlumatlarına görə, ölkənin hazırkı prezidenti Emmanuel Makron 27,84 faiz, onun rəqibi, ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen 23,15 faiz səs toplayıb.
İkinci tur aprelin 24-də keçiriləcək.