Fransanın cənubunda son 30 ilin ən böyük hərbi təlimləri başlayıb.
Lent.az-ın “France3” Televiziyasına istinadla xəbərinə görə, İspaniya, Britaniya və ABŞ-dan 7000 hərbçinin iştirak etdiyi təlimlər martın 11-dək davam edəcək.
4 mərhələdən ibarət olan təlimin əsas məqsədi sözügedən ölkələrin ordularını böyük toqquşmalara hazırlamaqdır. “Orion” adlı əməliyyatda bütün qoşun növləri iştirak edir.