Səudiyyə Ərəbistanı Suriya Prezidenti Bəşər Əsədi Ərəb Dövlətləri Liqasının sammitinə dəvət etməyi planlaşdırır.
Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ərəb Dövlətləri Liqasının sammiti mayın 19-da Ər-Riyadda keçiriləcək.
Qeyd edilib ki, sammitə rəsmi dəvəti təqdim etmək üçün Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal ben Farhan Ə Saud yaxın həftələrdə Dəməşqə səfər edəcək.