Ermənistanda hərbi qulluqçu Arqişti Yeqyanın ölməsi ilə bağlı təfərrüat açıqlanıb.
Lent.az-ın Ermənistan mediasına istinadla məlumatına görə, 20 yaşlı əsəgər mayın 11-də saat 10:15-də döyüş postunda xidməti silahından özünü ürəyindən güllələyərək intihar edib.
Onun hansı səbəbdən bu addımı atması hələ ki açıqlanmır.
***
11 may, saat 16:10
Vardenisdə hərbi xidmətə çağırılan əsgər dünyasını dəyişib.
Lent.az Ermənistan mediasına istinadla xəbər verir ki, 20 yaşlı Arqişti Yeqyanın meyiti N saylı hissənin ərazisində ürək nahiyəsindən güllə yarası ilə tapılıb.
Yeqyan Gorus hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.