Ərinin pullarını almaq üçün fahişəxanaya getdi
28 noyabr 2023 10:48 (UTC +04:00)

Ərinin pullarını almaq üçün fahişəxanaya getdi

Avstraliyada qadın əri ilə birlikdə fahişəxanaya gedərək onun fahişələrə xərclədiyi pulun qaytarılmasını tələb edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, avstraliyalı qadın Qızıl Sahildə yerləşən “Pentaqon Grand” fahişəxanasına girərək işçiləri ərinin xərclədiyi pulların izahatını verməyə çağırıb. Qeyd olunur ki, onun əri müəssisədə 7 saat qalıb və bu müddət ərzində iki seks işçisinin xidmətindən istifadə edib. Müştəri fahişəxanada ilk saatı nağd şəkildə ödəyib, çünki arvadının onun macəralarından xəbər tutmasını istəməyib. Daha sonra o, bank kartından istifadə edib. O, fahişəxanada ümumilikdə altı min Avstraliya dolları xərcləyib.

Xərclənən külli miqdarda puldan xəbər tutan avstraliyalı qadın müəssisənin meneceri Suzan Pfayferə ərinin spirtli içki eləcə də narkotik sərxoşluğu vəziyyətində olduğunu və onun fahişəxanaya getdiyini xatırlamadığını deyib. Menecer də öz növbəsində bildirib ki, müşahidə kameralarının qeydlərinə əsasən, müştəri ayıq olub və öz istəyi ilə seks işçilərinin xidmət haqqını ödəyib. Buna baxmayaraq, avstraliyalı qadın xidmətlərin qiymətlərini çox yüksək hesab edib və ərinin qarət edildiyini irəli sürüb.

Menecerin fikrincə, münaqişənin mahiyyəti yalnız ziyarətçi ilə həyat yoldaşı arasındakı münasibətdədir. O qeyd edib ki, avstraliyalı qadının aqressiyasının ərinin fahişəxanaya getməsi, yoxsa onun yüksək xərcləri ilə bağlı olub-olmadığını bilmir. “Bu, bizim problemimiz deyil. Biz qanuni bizneslə məşğuluq və bu, hüquqi ödənişli hüquqi xidmət idi. O, nə etdiyini bilirdi, sadəcə yaxalandı”, Pfayfer deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4809
avatar

Oxşar yazılar