Almaniyada 14 yaşlı qız kişini öldürməyə cəhd edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Almaniyada bir qadın ərini öldürmək üçün killer kimi Berlindən 14 yaşlı qızı seçib. Qadın bu işdə öz yeniyetmə oğlanları ilə əlbir olub.
İlkin versiyaya görə, kişi arvadından boşanmağa razı olmayıb və onunla qəddar rəftar edib. Bundan sonra oğulları ona qarşı sui-qəsd təşkil etməkdə analarına kömək etmək qərarına gəliblər. Qeyd olunur ki, qadının ərinin qətlinə görə Berlindən olan 14 yaşlı qıza nə qədər təklif etdiyi məlum deyil.
Məktəbli qız ailənin evinə soxularaq kişiyə bıçaqla hücum edib. Yerli sakin ağır yaralansa da, sağ qalıb.
Hazırda sui-qəsdin sifarişçisi olan ana və oğullarına qarşı, həmçinin Berlində 14 yaşlı qıza qarşı iki araşdırma aparılır.