Rusiyanın Krasnoarmeysk şəhərində bədbəxt hadisə baş verib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, şəhər sakini, 50 yaşlı qadın meşədə donaraq ölüb.
Onun ölümünə səbəb ərinin yersiz zarafatı olub.
Araşdırmalar zamanı məlum olub ki, qadın evə gələrkən qapının yanında başqa bir qadına məxsus çanta və bir cüt ayaqqabı görür. Əri həyat yoldaşına belə tez gələcəyini düşünmədiyini, evə sevgilisini gətirdiyini deyib. Ərinin zarafatını ciddiyə alan qadın ayaqqabılarını belə soyunmamış ağlaya-ağlaya evi tərk edib.
Ər elə zənn edib ki, xanımı evə döndükdən sonra qonağın qardaşı qızı olduğunu, onlara baş çəkməyə gəldiyini deyərək, xeyli əylənəcəklər.
Lakin bir neçə gün sonra yaxınlıqdakı “Bann” meşəsində qadının donmuş cəsədi tapılıb.
Hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırılır.