Ərdoğan 2021-ci ili  “Yunus Əmrə və Türk dili ili” elan etdi
31 yanvar 2021 06:12 (UTC +04:00)

Ərdoğan 2021-ci ili “Yunus Əmrə və Türk dili ili” elan etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili "Yunus Əmrə və Türkcə ili” olaraq qeyd edilməsi ilə bağlı sənəd imzalayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində dərc olunan qərarda öz əksini tapıb. 

“Resmi Gazete”də R.T.Ərdoğan 2021-ci ili Türk dilinin təməl daşlarından biri olan Yunus Əmrənin 700-cü ildönümü ilə əlaqədar BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən anma və qeyd olunma ildönümləri sırasına daxil olduğunu bildirib: “Yunus Əmrə” 72 millətə bir gözlə baxma" prinsipi və ümumbəşəri insani dəyərlər üzərində qurulmuş fəlsəfəsi ilə dünya humanizminə töhfə verərək insanları ortaq dəyərlər ətrafında bir araya gətirən şairdir. Yunus Əmrəni bəşər üçün ortaq bir dəyər kimi təqdim etmək və 2021-ci ilin “Bizim Yunus” ili olaraq anılması, onun  mirası olan Türk dilinin əhəmiyyətinin vurğulanması, mədəniyyət dili olaraq şüurlu və doğru istifadəsini təmin etməklə ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsinə qərar verilib”.

Qeyd edək ki, bu tədbirlərin prezidentin himayəçiliyi ilə keçiriləcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Oxşar yazılar