Ən təhlükəli məhkumlar belə köçürüldü -  ŞOK VİDEO
25 fevral 2023 19:59 (UTC +04:00)

Ən təhlükəli məhkumlar belə köçürüldü - ŞOK VİDEO

El Salvadorun dövlət başçısı Nayib Bukele 2000-lik cinayətkar qruplaşma üzvünün ilk qrupunun yüksək təhlükəsizliklə təmin olunan yeni cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, dövlət başçısının sözlərinə görə, həmin şəxslər Terrostlərin Saxlanılma Mərkəzinə yerləşdiriliblər:

“Bura onların yeni evi olacaq, on illərlə burada qalacaqlar. Artıq əhaliyə zərər verə bilməyəcəklər”.

Məlumata görə, yeni həbsxana metal şkaflar və kameralar üçün iki ayrı moduldan, virtual məhkəmə salonlarından və məhkumların işləməsi üçün nəzərdə tutulmuş fabriklərdən ibarətdir.

Ən təhlükəli məhkumların köçürülməsi Bukele və hökumətin rəsmi hesablarından paylaşılıb.

Qeyd edək ki, məhkumların köçürüldüyü həbsxana insan haqlarının pozulması və beynəlxalq standartların pozulması iddialarına görə sərt tənqidlərə məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3780
avatar

Oxşar yazılar