Dünyanın ilk kriptovalyuta sammiti martın 7-də ABŞ-də keçiriləcək.
Lent.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Sammitdə kriptovalyuta sənayesinin aparıcı təsisçiləri, baş direktorları və investorları, həmçinin Rəqəmsal aktivlər üzrə ABŞ Prezidentinin İşçi Qrupunun üzvləri iştirak edəcək.
Tədbirin məqsədi aydın tənzimləyici çərçivələri təmin etmək, innovasiyaları stimullaşdırmaq və iqtisadi azadlığı qorumaqdır.