15 noyabr 2025-ci ildə Dubayda Ciel Dubai Marina oteli açılandan sonra rəsmi olaraq dünyanın ən hündür oteli statusunu qazanıb.
Lent.az xəbər verir ki, hündürlüyü 377 metr (82 mərtəbə) olan bu bina Dubayda yerləşən əvvəlki rekordçu Gevora otelini geridə qoyub. Fransız dilindən tərcümədə “səma” mənasını verən Ciel adı tikilinin möhtəşəmliyini vurğulayır və lüks ilə innovasiyanın yeni səviyyədə təqdim olunduğunu göstərir.
Xüsusiyyətlər və infrastruktur
Yerləşdirmə:
1004 otaq və lüks nömrə mövcuddur. Panoramik pəncərələrdən Fars körfəzinə və şəhər mənzərəsinə geniş baxış açılır.
Memarlıq:
Bina şüşə fasadı, aşağı hissəyə doğru daralan konstruksiyası və açıq atriumu ilə seçilir.
İstirahət:
76-cı mərtəbədə dünyanın ən hündür panoramik hovuzlarından biri olan Tattu Sky Pool yerləşir. Bundan əlavə, 24 saat açıq idman zalı fəaliyyət göstərir, spa mərkəzinin isə 2026-cı ilin fevralında açılması planlaşdırılır.
Qastronomiya:
Oteldə 8 restoran fəaliyyət göstərir. Onların arasında 74-cü mərtəbədə yerləşən britaniya mənşəli Tattu restoranı da var. Həmçinin 81-ci mərtəbədə lounge zonası mövcuddur. Otel Dubai Marina rayonunda, "Dubai Marina Walk" sahil bulvarının və Palm Jumeirah adasının yaxınlığında yerləşir. Qonaqlar Soluna Beach Club çimərlik klubundan istifadə edə bilirlər.
Açılışa xüsusi təklif
Açılış münasibətilə xüsusi kampaniya tətbiq olunur: iki nəfərlik səhər yeməyi, otaq kateqoriyasının pulsuz yüksəldilməsi, lounge girişi, menyuya 25% endirim, erkən check-in və gec check-out (14:00-a qədər).
İdarəedici direktor Henrix Morionun sözlərinə görə, Ciel Dubayın qlobal turizm mərkəzi statusunu əks etdirir və hər səviyyədə unudulmaz təəssüratlar təqdim edir.
Bu memarlıq şah əsəri həm hündürlüyü, həm də xidmət səviyyəsi ilə heyran edir.