Dünyada COVID-in  yeni dalğası   başladı - Baş direktor açıqladı
03 iyul 2022 03:05 (UTC +04:00)

Dünyada COVID-in yeni dalğası başladı - Baş direktor açıqladı

Dünyada koronoavirusun yeni dalğası yayılıb.

Lent.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində Pfizer şirkətinin baş direktoru Albert Burla bildirib.

Onun sözlərinə görə insanlar peyvənd sayəsində adi həyata qayıda bilir. Burla koronoavirusa qarşı peyvəndin beşinci dozasını indi vurdurmağı tövsiyə edə bilərmi sualını cavablandırıb:

“Dünyada bu virusun yeni dalğasının başladığını deyə bilərik. Lakin hər ölkənin peyvəndlənmə ilə bağlı tövsiyyələri var”.

Onun fikrincə dünyada bir çox ölkələr dördüncü doza vaksinin qəbuluna start verməyib.

# 2130
avatar

Oxşar yazılar