Braziliyanın San Paulu şəhərindən Amsterdama uçmaq istəyən şəxs aeroportda dava salıb.
Lent.az-ın xəbərinə görə, gənc özü ilə dovşanını da aparmaq istəsə də, aviaşirkətin əməkdaşları buna razılıq verməyiblər.
Sərnişin məhkəmənin müvafiq razılığını göstərsə də, stüardessalar gəminin salonuna heyvan keçirilməsinə qarşı çıxıblar. Nəticədə mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Bu səbəbdən 3 nəfər uçuşa buraxılmayıb.