Donetskdə  Rusiyanın itkilərinin   peyk fotosu
26 fevral 2023 19:20 (UTC +04:00)

Donetskdə  Rusiyanın itkilərinin peyk fotosu

Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında Rusiya hərbçiləri xeyli itki verib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyatın hesabatına istinadən məlumat yayıb.

Bundan əlavə, Uqledar istiqamətindən müvafiq peyk şəkli yayılıb.
Fotoda elit adlanan 155-ci dəniz piyada briqadasına məxsus məhv edilmiş Rusiya hərbi texnikasının miqdarı əks olunub.

Britaniya kəşfiyyatı qeyd edib ki, hava-desant piyadalarından fərqli olaraq, 155-ci briqada Ukraynada vahid qruplaşma şəklində yerləşdirilməyib.
Analitiklər əlavə edib ki, Rusiya dəniz piyadaları ən çətin taktiki tapşırıqları yerinə yetirərkən Uqledar yaxınlığında böyük itkilər verib.

Rusiya komandanlığı itki verdikdən sonra onların yerini təcrübəsiz səfərbər olunanlarla doldurub.

"155-ci briqadanın bölmələrinin Uqledar yaxınlığında yenidən yeni hücumlara cəlb edilməsi real ehtimalı var", - hesabatda vurğulanır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3621
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35