ABŞ-ın sabiq prezidenti Donald Tramp barədə həbs qərarı ləğv edilib və o, məhkəmə binasını tərk edib.
Lent.az-ın xəbərinə görə, bu barədə Reuters məlumat verib.
Manhetten prokurorluğu Tramp barədə 34 bənddən ibarət ittiham aktını dərc edib.
***
22.55
ABŞ-ın sabiq prezidenti Donald Tramp məhkəmədə özünü təqsirli hesab etməyib.
Lent.az-ın xəbərinə görə, bu barədə Reuters məlumat verib.
Qeyd edək ki, məhkəmə qapalı keçirilir. Sabiq dövlət başçısına 30 maddə ilə ittiham irəli sürüləcəyi ehtimal edilir.
***
21.30
ABŞ-ın sabiq prezidenti Donald Tramp formal olaraq həbs edilib.
Lent.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, siyasətçi yaxın saatlarda məhkəmə binasını tərk edə biləcək.