“Rusiyada yeni Omicron ştamının yaranması ilə əlaqədar əlavə məhdudlaşdırıcı tədbirlərin, o cümlədən sərhədlərin bağlanması tələb olunmur”.
APA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Səhiyyə Mühafizəsi Komitəsinin sədri Dmitri Xubezov “Rossiya-24” telekanalının efirində bildirib.
Rusiyada koronavirusa qarşı peyvəndləmənin sürətləndiyini vurğulayan komitə sədri deyib ki, yeni məhdudiyyətlərin tətbiqi, əslində heç bir məna kəsb etmir: “Hazırda hesab edirəm ki, artıq tətbiq edilənlərdən əlavə, heç bir əlavə tədbir tələb olunmur. Sərhədlərin də həmçinin, bağlanması tələb olunmur”.