Kerç boğazında noyabrın 26-da fırtına zamanı üç Rusiya gəmisi toqquşub.
Lent.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
“Təxminən saat 21:00 radələrində Kerç boğazında nəhəng dalğalar “Matros Şevçenko”, “Matros Pozınıç” və “Kavkaz-5” gəmilərini bir-birinə çırpıb”, - deyə telekanal bildirib.
Gəmilərin toqquşması zamanı onlar 20 dəqiqə bir-birinə ilişib qalıb. Gəmilərə cüzi ziyan dəyməsi sayəsində yanacağın dağılmasının və suyun çirklənməsinin qarşısı alınıb.
“Həlak olanlar yoxdur”, - məlumatda deyilir.