Dekabrın 27-dən işçilər məcburi peyvənd ediləcək - MER QƏRAR VERDİ
07 dekabr 2021 04:23 (UTC +04:00)

Dekabrın 27-dən işçilər məcburi peyvənd ediləcək - MER QƏRAR VERDİ

“Nyu-Yorkda dekabrın 27-dən etibarən bütün iş yerlərində çalışan əməkdaşlar koronavirusa qarşı məcburi peyvənd olunacaq.

Lent.az-ın məlumatına görə, bunu şəhər meri Bill de Blazio MSNBC TV-nin efirində bildirib. 

Mer qeyd edib ki, əvvəllər bu tədbir yalnız bələdiyyə müəssisələrinin işçilərinə aid idisə, artıq özəl müəssisələrə də şamil etmək qərarına gəldik: “Bu tələblər nə qədər geniş olsa, bir o qədər insan peyvənd olunmağın vaxtının çatdığını düşünəcək. Qərar Omicron ştamının yayılması və qış mövsümün gəlişi ilə əlaqədar verilib”.

Bill de Blazio əlavə edib ki, artıq beş yaşdan yuxarı uşaqlar üçün də azı bir peyvənd dozası üçün sənəd tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Oxşar yazılar