Rusiyanın Skovorodino rayonunda mikroavtobus və iki yük maşınının iştirakı ilə qəza baş verib, nəticədə 6 nəfər ölüb, bir nəfər isə yaralanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Amur vilayəti üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sentyabrın 20-də saat 22:00 radələrində Amur vilayətinin Skovorodinski bələdiyyə rayonu ərazisində “Toyota” markalı avtomobil və iki “Volvo” markalı avtomobilin iştirakı ilə qəza baş verib. Qəza nəticəsində “Toyota” markalı avtomobilin 6 sərnişini həlak olub, sürücüsü xəstəxanaya yerləşdirilib.