Daşqınlar nəticəsində azı 4 nəfər öldü: On minlərlə ev su altında qalıb
21 noyabr 2021 04:20 (UTC +04:00)

Daşqınlar nəticəsində azı 4 nəfər öldü: On minlərlə ev su altında qalıb

0

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində daşqınlar səbəbindən azı 4 nəfər ölüb.

Lent.az CBC kanalına istinadən xəbər verir ki, daşqınlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib.

Yerli polisin məlumatına görə, hazırda ən azı daha bir itkin düşmüş şəxsin axtarışları davam etdirilir.

Qeyd edək ki, bölgədə leysan yağışları ötən həftənin sonunda başlayıb. Bir neçə gün ərzində 250 mm-dən çox yağıntı düşüb ki, bu da aylıq normadan artıqdır. 

Bəzi yerlərdə su anbarlarında suyun səviyyəsi 3,5 m qalxıb. Bu səbəbdən on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, yerli fermalarda minlərlə ev heyvanı tələf olub.

Kanada Silahlı Qüvvələri daşqınların nəticələrinin aradan qaldırılmasına cəlb edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1251

Oxşar yazılar