Daşqın 14 nəfərin   həyatına son qoydu
04 oktyabr 2023 20:57 (UTC +04:00)

Daşqın 14 nəfərin həyatına son qoydu

Hindistanın şimal-şərqindəki Sikkim əyalətində daşqın olub.

APA xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 14 nəfər ölüb, 120-i isə itkin düşüb.

Fəlakət bölgəsindən 500-ə yaxın insan təxliyə edilib.

23-ü hərbçi olmaqla, 43 nəfər itkin düşüb.

Nəşrin məlumatına görə, bir əsgər tapılıb, qalanlarının axtarışları isədavam edir.

Daşqın əyalətin şimal-şərqindəki Himalay dağlarında yerləşən Lhonak buzlaq gölünün ərazisində güclü yağış nəticəsində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2460
avatar

Oxşar yazılar