Daha bir ölkədə meymunçiçəyi aşkarlandı
28 may 2022 19:31 (UTC +04:00)

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

İrlandiya ilk dəfə olaraq meymunçiçəyinə yoluxan şəxs aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 27-də axşam saatlarında ölkənin şərqində meymunçiçəyinin xarakterik əlamətlər olan şəxs qeydə alınıb. 

Bundan başqa, Böyük Britaniya Səhiyyə Agentliyi daha iki nəfərdə yeni infeksiyaya yoluxma aşkarlayıb. Xəstələrin bir evdə yaşadıqları bildirilir.
 

# 900
avatar

Oxşar yazılar