Cümə günündən diskotekalar, idman zalları, məktəblər... - Bu ölkə sərtləşməyə gedir
07 dekabr 2021 06:18 (UTC +04:00)

Cümə günündən diskotekalar, idman zalları, məktəblər... - Bu ölkə sərtləşməyə gedir

Fransa hakimiyyəti COVID-19-la mübarizə tədbirlərini sərtləşdirib, lakin hələlik ən sərt addımlar barədə qərar verilməyib”.

Lent.az-ın məlumatına görə, bunu Fransanın baş naziri Jan Kasteks Müdafiə Şurasının yeni koronavirus ştamının yayılması ilə bağlı vəziyyətə həsr olunmuş iclasından sonra deyib.

Baş nazir vurğulayıb ki, virus bütün ölkə üzrə aktiv şəkildə yayılır və “peyvənd sipəri”ni gücləndirmək lazımdır: "Növbəti dörd həftə ərzində diskotekaları bağlayırıq. Bu tədbirlər cümə günündən qüvvəyə minəcək və yanvarın əvvəlinə qədər davam edəcək”.

Kasteks əlavə edib ki, ölkədə koronavirusun gənclər arasında aktiv şəkildə yayılması ilə əlaqədardır belə bir qərar verilib: Cümə axşamından başlayaraq məktəblərdə də maska rejimi gücləndirilir, açıq havada idmanla məşğul olmaq üçün məhdudiyyətlər tətbiq edilir. Digər tədbir isə həftədə 2-3 gün distant iş rejiminin tətbiqi ilə bağlıdır. Eyni zamanda, hökumət dövlət təşkilatlarına üç günə qədər məsafədən iş rejimini tətbiq etməyi tövsiyə edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar