Fransanın Sena və Marna departamentində baş vermiş hadisə polisin fəaliyyətinə şübhə yaradıb.
Lent.az-ın xəbərinə görə, hər şey 2 polis əməkdaşına qarşı “quldurluq” və “odlu silah saxlama” maddələri ilə cinayət işi açıldıqdan sonra baş verib.
Sentyabrda güllələnən bir gəncin yanında tapılmış silah ekspertlərin diqqətini cəlb edib. Məlum olub ki, bu silahdakı güllələrlə polisin istifadəsində olanlar eynidir. Ötən həftə də analoji hal təkrar olunduğu üçün güllələri təchiz edənlərin izinə düşmək mümkün olub. Bundan sonra 2 polisin evində axtarış zamanı 500-dək güllə aşkar edilib. Departamentin polis sistemində silahların uçotu ilə bağlı araşdırma başlayıb.