Çinin Rusiyaya yüzlərlə pilotsuz uçan aparat tədarük etməyi düşünüb.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkal məlumat verib.
O iddia edir ki, Çinin Rusiyaya yüzlərlə pilotsuz uçan aparat tədarük etməyi düşündüyünə dair kəşfiyyat məlumatları var.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Moskvaya silah tədarük barədə Pekinə xəbərdarlıq etmişdi.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Çinin Rusiyaya silah tədarükünün mümkünlüyündən narahatdır.