İsveçrənin İrandakı səfiri Nadin Lozanonun bir hərəkəti insanları qəzəbləndirib.
Lent.az-ın xəbərinə görə, səfir qadın bu günlərdə tanınmış mollanın müşayiəti ilə Qum Elm Hövzəsinə səfər edib.
Diplomatın bu səfərlə bağlı fotoları paylaşması istər isveçrəlilərin, istərsə də Avropada yaşayan iranlıların ciddi tənqidi ilə üzləşib.
Avropada yaşayan iranlı jurnalistin fotonun atındakı şərhi belə olub: Səfir qatillərlə sevişir.
İsveçrə XİN isə bunu dinlərarası dialoq adlandırıb.