Bu şirkət Rusiyada avtomobil istehsalını dayandırdı - SƏBƏB
10 mart 2022 08:44 (UTC +04:00)

Bu şirkət Rusiyada avtomobil istehsalını dayandırdı - SƏBƏB

“Toyota Motor” şirkəti Rusiyada avtomobil istehsalını dayandırıb.

Lent.az-ın TASS-a istinadla xəbərinə görə, korporasiya eyni zamanda Rusiyaya hazır avtomobil ixracını da dayandırıb. Bu qərar təchizatda yaranan problemlərlə izah olunur. 

Şirkətin açıqlamasında bildirilir ki, Sankt-Peterburqdakı zavodda ehtiyat hissələri olmadığına görə istehsal tam dayanıb. İxrac zəncirindəki problemlərə görə Federasiyaya avtomobil ixracı da dayandırılıb. 

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1514

Oxşar yazılar