Bu ölkədə vaksin vurulan qadın öldü, istifadəsi dayandırıldı
07 mart 2021 18:45 (UTC +04:00)

Bu ölkədə vaksin vurulan qadın öldü, istifadəsi dayandırıldı

Avstriyada yeni növ koronavirusa (COVİD-19) qarşı “AstraZeneca” vaksini vurulan 49 yaşlı qadın ölüb, 35 yaşlı qadının vəziyyəti isə pisləşib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Avstriyada səhiyyə sahəsində təhlükəsizlik üzrə Federal Nəzarət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, 49 yaşlı qadın qan laxtalanmasından həyatını itirib. Ağciyər arteriyasında tromb yaranan 35 yaşlı qadının səhhəti isə normallaşmaqdadır.  Avstriya Federal Nəzarət Xidməti bildirib ki, hazırda baş verən hər iki halın vaksinlə əlaqədar olduğu dəqiq bilinmir: “Müvafiq ekspertlərin iştirakı ilə araşdırma aparılır. Ehtiyat tədbiri olaraq vaksinin bu partiyasından istifadə edilməyəcək”.

Qeyd edək ki, martın 2-də Avstriya Federal Nəzarət Xidməti “Pfizer-BioNTech” vaksinin vurulmasından sonra 41 ölümün qeydə alındığını, ancaq bu ölümlərin vaksinlə əlaqəsinin müəyyənləşmədiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3414
avatar

Oxşar yazılar