Bu ölkədə  Rusiyanın 58 milyard avroluq aktivləri donduruldu
28 fevral 2023 01:37 (UTC +04:00)

Bu ölkədə Rusiyanın 58 milyard avroluq aktivləri donduruldu

Brüssel Rusiyanın 58 milyard avro dəyərində aktivlərini dondurub.

Lent.az-ın məlumatına görə, bu barədə Belçikanın maliyyə naziri Vinsent Van Petegem fevralın 27-də dərc olunan bəyanatında bildirib.
“Maliyyə Nazirliyi Rusiyanın 58 milyard avroluq aktivlərini dondurub. Bu, bütün Avropaya üzv dövlətlər arasında ən yüksək göstəricidir. Bundan başqa, Rusiyanın 191 milyard avro dəyərində maliyyə əməliyyatları bloklanıb. Ümumilikdə bu tədbirlər qara siyahıda olan 1789 Rusiya şirkəti və ya vətəndaşına aiddir”, - sənəddə deyilir.

Dondurma təkcə bank hesablarına deyil, həm də Rusiya və Belarusa çatdırılmalı olan mallara, eləcə də avtomobillərə təsir edib. Belçika Rusiya Federasiyasına idxalı mümkün olmayan 529 yük konteyneri və 1087 nəqliyyat vasitəsini bloklayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Oxşar yazılar