Çində güclü zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Çinin şimal-qərbindəki Sincan-Uyğur muxtar bölgəsində 5,1 bal gücündə olub.
Yeraltı təkanlar yerli vaxtla saat 07:58-də (Bakı vaxtı ilə 03:58) qeydə alınıb.
Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib.
Təxminən 2 milyon 700 min nəfərin yaşadığı bölgədə tələfat və dağıntılar barədə məlumat verilməyib.