Yaponiyada 5,4 maqnitudalı zəlzələ olub.
Lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin ocağı paytaxt Tokio ilə qonşuluqdakı İbaraki əyalətində, 50 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Yaponiya Milli Meteorologiya İdarəsi zəlzələdən sonra sunami xəbərdarlığı elan etsə də, daha sonra xəbərdarlıq ləğv olunub.