Bu ölkədə bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqlar adi hal olub
21 may 2022 08:35 (UTC +04:00)

Bu ölkədə bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqlar adi hal olub

Mayın 16-dan bu günədək Serbiyadakı ümumilikdə 231 məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqlar paytaxt Belqradla yanaşı, Novi Sad, Pirot və Nis şəhərlərində qeydə alınıb.

Serbiyanın Təhsil, Elm və Texnologiyanın İnkişafı Nazirliyi bu gün 134 məktəbə bomba qoyulması ilə bağlı xəbərdarlıq edildiyini bildirib. Açıqlamada bildirişlərin məktəblərə elektron poçt vasitəsilə göndərildiyi qeyd olunub.

# 1305
avatar

Oxşar yazılar