Bu ölkədə 54 sülhməramlı öldürülüb
05 iyun 2023 06:27 (UTC +04:00)

Bu ölkədə 54 sülhməramlı öldürülüb

“Əl-Şəbab” terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülhməramlısı ölüb.

Lent.az xəbər verir ki, bunu Uqanda prezidenti Yoveri Museveni bəyan edib.

Onun sözlərinə görə, terrorçuların bazaya hücumları Somalinin Baraave şəhərində həyata keçirilib.

“Biz komandir də daxil olmaqla həlak olmuş 54 əsgərin cansız cəsədini tapdıq. “Əl-Şəbab” yaraqlıları Baraaveyə növbəti hücum cəhdi ediblər, lakin qüvvələrimiz əhəmiyyətli zərbə vuraraq, onları qaçmağa məcbur edib”. - deyə obildirib

# 1251
avatar

Oxşar yazılar