Şimali Koreyanın keçmiş lideri Kim Çen İr üçün hər il keçirilən yas mərasiminə başlanılıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 11 gün ərzində xalqa gülmək, içki içmək, tədbirlərdə iştirak etmək, hətta marketə getmək qadağan edilib.
Qeyd edək ki, Kim Çen İr 1994-cü ildən 2011-ci ildə ölümünə qədər Şimali Koreyanı idarə edib. Daha sonra üçüncü və kiçik oğlu Kim Çen İr lider seçilib.