Bolqarıstanın əlavə koronavirus peyvəndlərinə ehtiyacı yoxdur və Avropa Komissiyasından onların tədarükü ilə bağlı müqavilələrə xitam verməyi tələb edir.
Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Asen Medjidiyev məlumat verib.
Mecidiyev bildirib ki, Bolqarıstanda 2,3 milyon doza peyvənd zay olub. 2023-cü ildə isə daha 2,8 milyon dozanı zay etmək məcburiyyətində qalacaq.