İsveçrənin Luqano şəhərində keçirilən beynəlxalq konfransda Ukraynanın baş naziri Denis Şmıqal ölkəsinin bərpa proqramını təqdim edib.
Lent.az xarici KİV-ə istinadən məlumatına görə, Şmıqal bildirib ki, Ukraynanın zərərçəkmiş vilayətlərini bu dövlətlər bərpa edəcək:
İtaliya - Rovno;
Almaniya - Çerniqov;
Kanada - Sumi;
ABŞ və Türkiyə - Xarkov;
Belçika - Nikolaev;
İsveçrə - Odessa;
Norveç - Kirovoqrad;
Latviya – Zaporojye;
İsveç və Hollandiya – Xerson;
Polşa və İtaliya – Donetsk;
Finlandiya və İsveç – Luqansk.