“Roqozub Mafusail” adlı balıq 90 ildir ki, Kaliforniya Elmlər Akademiyasında yerləşən akvariumda yaşayır.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Mafusail”in uzunluğu 1 metr 20 santimetr, çəkisi 18,1 kiloqramdır.
Balıq 94 il əvvəl Avstraliyadan xüsusi konteynerdə ABŞ-a gətirilib. Həmin balıq növündən bir neçə dənəsi tədqiqat üçün istifadə edilib. Onların əksəriyyəti ölsə də, “Mafusail” hələ də yaşayır. Alimlər indi bunun səbəbini araşdırırlar.