Böyük Britaniayda son sutka ərzində 90 nəfər Omicron ştamına yoluxub.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bununla da ümumilikdə Britaniyada Omicron ştamına yoluxanların sayı 336 nəfərə çatıb.
Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi son yoluxmaların 64-nün İngiltərədə, 23-nün Şotlandiyada, 3-nün isə Uelsdə aşkarlandığını bildirib.
Qeyd edilib ki, Şimali İrlandiyada indiyədək Omicrona yoluxma hadisəsi qeydə alınmayıb.
Mütəxəssislər, həmçinin, Omicronun Delta variantından daha tez yayıldığına dair öz narahatlıqlarını vurğulayıblar.