BMT: "Əfqanıstanda 390 min nəfər KÖÇKÜNƏ ÇEVRİLDİ
13 avqust 2021 06:18 (UTC +04:00)

BMT: "Əfqanıstanda 390 min nəfər KÖÇKÜNƏ ÇEVRİLDİ

“BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda hadisələrin inkişafı, Herat və Qəndəhardakı döyüşlərdən dərin narahatlıq keçirir”.

APA xəbə verir ki, bunu cümə axşamı baş katibin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.

"Baş katib Əfqanıstanda baş verən hadisələr, o cümlədən Herat və Qəndəhardakı son döyüşlər mövzusunda dərin narahatlıq keçirir. Xüsusilə, döyüşlərin şəhərlərə yayıldığından və vətəndaşlara zərər verə biləcəyindən narahatıq. Ümid edirik ki, bu həftə Dohada Əfqanıstan rəsmiləri ilə “Taliban” arasında, eləcə də regional və beynəlxalq elçilərin iştirakı ilə münaqişənin danışıqlar yolu ilə həlli bərpa ediləcək”, deyə Dujarrik vurğulayıb.

Təşkilat sözçüsünün sözlərinə görə, bir çox əfqan sığınacaq axtarmaq üçün Kabilə və digər böyük şəhərlərə gəlir: “Münaqişə nəticəsində, təxminən 390 min insan köçkün vəziyyətinə düşüb. Əfqanıstanda humanitar təşkilatlar fəaliyyətini davam etdirir, yerdəki vəziyyətin strukturlararası qiymətləndirilməsi davam edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266
avatar

Oxşar yazılar