Biznesmen "killer" qadından möcüzə sayəsində  qurtuldu
15 iyun 2024 13:32 (UTC +04:00)

Biznesmen "killer" qadından möcüzə sayəsində qurtuldu

Sui-qəsdlər törədən qadın bir missiya üçün İngiltərədə özünü amerikalı turist kimi göstərib, lakin silahının tıxanması səbəbindən qətli yerinə yetirə bilməyib və qaçıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 44 yaşlı Aymi Betroya geyim butikinin sahibini və atasını aradan götürmək tapşırılıb. Cinayətin təşkilatçıları onların ailəsindən qisas almaq qərarına gələn Məhəmməd Əsləm və oğlu Məhəmməd Nazir idi. 2018-ci ilin yayında tərəflər mübahisə edib, hətta əlbəyaxa dava ediblər və xəsarət alıblar.

Təyinat üçün Betro 2019-cu ilin avqustunda Böyük Britaniyaya gedib və özünün sadəcə səyahət etdiyini deyib. Qadın şübhələnməmək üçün sosial şəbəkələrdə istirahətindən çoxlu foto və videolar yayımlayıb.

Sentyabrın 8-də Betro maskalanmaq üçün hicab taxıb və ilk qurbanını avtomobildə izləyib. Kişi dayananda qadın maşına yaxınlaşaraq ona silah tuşlayıb. Daha sonra tətiyi çəksə də, silah sıxılıb. Nəticədə qətli tapşırılan adam xilas olub.

Ertəsi gün səhər Betro öldürmək istədikləri adamların evinə gəlib qışqıraraq, üç dəfə atəş açıb və onları hədələyib. Təhdidlərə baxmayaraq, qadın sifarişi yerinə yetirə bilməyib. İki gün sonra o, ABŞ-a qayıdıb və gizlənməyə çalışıb.

Atışma ilə bağlı araşdırmaya başlayan polis Betronun müştərilərini tapıb. Ata və oğul həbs edilib. İyunun 5-də onlar iki nəfəri öldürmək üçün sui-qəsddə təqsirli biliniblər. Betro hələ də tapılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3028

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26