Malayziyalı biznes ledinin Parisin “Ritz” otelindəki otağında itirdiyi brilyant üzüyü tapılıb.
Lent.az xəbər verir ki, üzün tozsoranlardan birinin torbasında aşkar edilib.
Hazırda Londonda olan biznes ledi üzüyü götürmək üçün parisə qayıdacaq. Otel onun üçün pulsuz 3 gecəlik rezervasiya ayırıb. Polisin məlumatına görə üzüyün itməsi oğurluq hesab edilmir.
***
21.01
Malayziyalı biznes ledinin Parisin mərkəzindəki “Ritz” otelindəki otağından brilyant üzüyü itib.
Lent.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Biznes ledinin sözlərinə görə, üzüyün dəyəri 750 min avrodur (təqribən 1,4 milyon manat). Zərərçəkmiş iddia edir ki, o, alış-verişə gedən zaman üzüyü otağındakı stolun üzərinə qoyub və qayıdarkən onu tapmayıb.
Daha sonra o, polisə müraciət edib. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Bütün mümkün versiyalar, o cümlədən otel işçilərindən birinin oğurlamaq ehtimalı da nəzərdən keçirilir.