Kanadada güclü külək və yağış səbəbindən bir milyona yaxın istehlakçı işıqsız qalıb.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, Kvebek əyalətində hazırda 865 mindən çox, Monrealda isə 400 mindən çox istehlakçı elektrik enerjisiz qalıb.
Ottava da daxil olmaqla Ontarioda 130 minə yaxın evdə elektrik enerjisi yoxdur.
Hazırda Kanadanın paytaxtında yağıntı dayanıb.
Əlverişsiz hava şəraiti səbəbindən Ottavada metro işləmir.