Belçika Ukraynaya sualtı PUA-lar və 2 mobil laboratoriya verəcək.
Lent.az-ın “Le Soir” nəşrinə istinadla xəbərinə görə, bu barədə Belçikanın müdafiə naziri Lüdivin Dedonder bildirib.
“Yüksək texnologiyalı dronlar istənilən sualtı təhlükəni və minanı tapmağa kömək edəcək. mobil laboratoriyalar isə istər orduya, istərsə də mülki əhaliyə yardım üçün istifadə edilə bilər” - deyə nazir vurğulayıb.