ABŞ Prezidenti Co Bayden
28 iyul 2021 06:16 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden

Bayden qarşıdakı 10 ildən danışdı: "Həqiqətən daha çətin olacaq"

“Önümüzdəki 10 ildə dünya əvvəlki yarım əsrdən daha çox dəyişəcək”. 

APA xəbər verir ki, bu fikri çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden ABŞ Milli Kəşfiyyat Direktorluğunun şəxsi heyəti ilə görüşü zamanı deyib.

ABŞ liderinin sözlərinə görə, dünya texnoloji baxımdan ittifaqlar və insanlar arasındakı qarşılıqlı əlaqə baxımından o qədər sürətlə dəyişir ki, yaxın 10 ildə hər şey əvvəlki 50 ilə nisbətən hər cəhətdən daha çox fərqlənəcək: Bu bir gerçəklikdir. 15 il əvvəl səninlə hipersəs haqqında danışmağa başlasaydım, məni dəli kimi qəbul edərdin. Çox şey dəyişəcək. Həqiqətən daha çətin olacaq”.

Bayden coğrafi baxımdan da daha müxtəlif dəyişikliklərin olacağına inamını ifadə edib.

# 2289
avatar

Oxşar yazılar