Başqalarının əvəzinə peyvənd olunan aşkar edildi
12 dekabr 2021 05:46 (UTC +04:00)

Başqalarının əvəzinə peyvənd olunan aşkar edildi

Yeni Zelandiya vətəndaşının gün ərzində 10 doza Covid-19 əleyhinə peyvənd qəbul etməsinin səbəbi məlum olub.

Lent.az-ın “Figaro”ya istinadla məlumatına görə, sözügedən şəxs peyvənd olunmaq istəməyən şəxslərdən pul alaraq özü onların yerinə vaksin vurdurub.

Proses ayrı-ayrı xəstəxanalarda icra olunub. Sözügedən şəxsə pulu Covid-19 əleyhinə peyvənd olunmadan saxta sertifikat almaq istəyənlər verib. Ölkə qanunvericiliyinə görə, xəstəxanaya müraciət edənlərin şəxsiyyət vəsiqəsi təqdim etməsi məcburi deyil. Məhz buna görə də, həmin şəxs müalicə müəssisələrində ayrı-ayrı adamların adlarını verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Oxşar yazılar