İsveçin baş naziri Maqdalena Andersonun evinə polis basqın edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun qeyri-qanuni miqrant qadını işə götürdüyü üzə çıxıb.
Baş nazir Maqdalena Andersson isə təmizlik şirkəti tərəfindən aldadıldığını bildirib. O, açıqlamasında “Təmizlik şirkəti bütün işçilərinin qanuni olduğunu və həmkarlar ittifaqının üzvü olduğunu bildirmişdi. Cavabdeh qurumlar tərəfindən bu işin dərindən araşdırılmasını istəyirəm”, – qeyd edib.