Boris Conson
24 oktyabr 2021 06:10 (UTC +04:00)

Boris Conson

BAŞ NAZİRDƏN ÇAĞIRIŞ: "Mütləq peyvəndin 3-cü dozasını vurdurun"

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkə vətəndaşlarını koronavirus peyvəndinin 3-cü dozasını vurdurmağa çağırıb.

APA-nın məlumatına görə, bu barədə hökumət başçısının şənbə günü yaydığı bəyanatda deyilir.

“Peyvəndlər bu qışı keçməmizə kömək edəcək. Biz fenomenal irəliləyiş əldə etmişik, lakin işimiz hələ tamamlanmayıb. Məlumdur ki, peyvəndlərin təmin etdiyi qorunma altı aydan sonra zəifləyə bilər. Sevdiklərinizi və ətrafınızdakıları qorumaq üçün mütləq peyvəndin 3-cü dozasını vurdurun”, deyə baş nazir vurğulayıb.

Conson əlavə edib ki, bu virusu məğlub etmək mümkündür: “Elm adamlarını dinləsək və bir-birimizə qayğı göstərsək, virusu məğlub edə bilərik. Bu, hamıya çağırışdır: Peyvəndlər təhlükəsizdir, həyatı xilas edir və pandemiyadan çıxış yoludur”. 
 

# 2757
avatar

Oxşar yazılar